Qadın sürücü sizi güldürəcək

Yanacaqdoldurma məntəqəsinə daxil olan maşın özünə yer tapa bilmir
Qadın sürücü sizi güldürəcək

Qadın sürücülərin dırnaqarası məharəti barədə bir neçə dəfə süjet təqdim etmişik. Bu dəfəki kadrlar da sizi xeyli güldürəcək. Yanacaqdoldurma məntəqəsinə daxil olan maşın özünə yer tapa bilmir.

Qadın sürücü əvvəlcə avtomobili yanacaqdoldurma aparatına yaxınlaşdırır. Ancaq yanacaq çəninin girişi maşının sol tərəfindən olduğundan o, avtomobili aparatın digər tərəfinə döndərir.

Nəticə isə dəyişmir. Çünki, avtomobil yenə eyni istiqamətdə, sağ tərəfdən aparata yaxınlaşır. Qadın sürücü isə bunu dərk etməyərək dəfələrlə maşını yanacaqdoldurma aparatının ətrafında döndərir.

Avtomobildən düşən sürücü kömək çağırır. Bu zaman məntəqəyə başqa bir maşın daxil olur. Elə bu vaxt qadın səhvini başa düşür və maşını arxaya çəkərək digər istiqamətdən aparata yaxınlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə