Planetimizin ən bahalı çiçək və gülləri

Müasir dünyamızda güllərə etinasız yanaşan çox az adam tapmaq olar. Əsasən də bahalı çiçəklərə. Planetimizin ən bahalı çiçək və güllərinin siyahısını təqdim edirik.

Medinilla

Zərif çəhrayı "Medinilla" Filippinin və Madaqaskarın tropik meşələrində bitən gözəl ekzotik bitkidir. O, ilin hər anında cazibədarlığını saxlasa da, çiçəkləmə anında qeyri-adi gözəlliyi ilə diqqəti xüsusilə cəlb edir. Bu çiçəkdən ibarət kiçik bir buket təxminən 700 dollara satılır.

Orxideya

Orxideya - "Kanibalu qızılı" yalnız Borneo adasında bitir. Onun bir qələminin qiyməti 5 min dollardır. O, əkildikdən 15 il sonra aprel-may aylarında xoş ətir saçan 6 iri gül açır.

Ala-bəzək qızıl gül

Biotexnologiya məhsulu olan bu gülün saplağına əvvəlcədən xüsusi boyalar yeridilir. Bitkinin yarpaqları böyüdükcə boyanı tədricən mənimsəyir. Bundan sonra ala-bəzək rəngə çalan 50 çiçəyi təxminən 325 dollara əldə etmək olar.

"Gecənin kralı"

Elə də iri olmayan gül bənövşəyiyə çalan qara rəngdədir. Əvvəllər bu bitkinin soğancığının qiymətinə iri qoyun sürüsü almaq olardı. Hazırda isə onun qiyməti təxminən 20 dollardır.

"Qırmızı middlemist"

O, dünyada ən nadir çiçəkdir. Yer üzündə cəmi iki nümunəsi qalıb. Onu görmək üçün ya Böyük Britaniya Krallığının istixanasına, ya da Yeni Zelandiyanın bağçasına getmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə