İlin ən çox oxunan xəbəri

"New York Times" qəzetində praktika keçən bir gəncin yazısı ilin ən çox oxunan xəbəri seçildi. SİA-nın xəbərinə görə, çox fərqli amma bir o qədərdə sadə olan məsələ ilə bağlı araşdırma aparan gəncin yazısı ictimai mediada rekord həddə oxunub. "Fərqli insanlar, eyni şeyi necə izah edər?" başlıqlı yazıda gənc ABŞ-ın bir sıra əyalətlərini gəzərək bir çox insanların məsələ ilə bağlı fikirlərini öyrənib. Saysız hesabsız insanın mövzu ilə bağlı münasibətini öyrənən gəncin yazısı ictimai mediada paylaşım rekordları qırıb.
Qeyd edək ki, Josh Katz adlı bu gənc universitetdən bir neçə ay əvvəl məzun olub. "New York Times" qəzetinin rəhbərliyi tərəfindən verilən açıqlamada, artıq bir neçə gün sonra gəncin redaktor olaraq qəzetdə fəaliyyətə başlayacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə