Əllərinin səliqəli görünməsini istəyən xanımlara məsləhət FOTOLAR

Əllərinin səliqəli görünməsini istəyən xanımlara məsləhət FOTOLAR

Qadınlarımızın çoxu əllərinin səliqəli olmasına önəm verirlər. SİA-nın verdiyi xəbərə görə, xanımlarımız əllərinin daha da yaxşı görünməsini istəyirlərsə aşağıdakı qaydalara əməl etmələri vacibdir:

Uşaq diş fırçası ilə dırnaqlarınızı 1-2 dəqiqə sürtüb, yumağınız məsləhədir.

Yarım limonu 1 paket unla qarışdırıb, diş fırçası ilə sürtün. Ancaq dırnaqlarınızın kənarında yara varsa ehtiyyatlı olun. Çünki limon yaralarınızı incidə bilər.

Evdar xanımların dırnaqları tez sıradan çıxdığı üçün onların tez-tez lak çəkmələri məsləhətdir. Çünki lak onların dırnaqlarının qırılmasının və ləkə düşməsinin qarşısını alır. Eyni zamanda əllərinizə və dırnaqlarınıza nəmləndirici krem vurmağı unutmayın.

Bütün xəbərlər Facebook səhifəmizdə