Sevdiyini itirən bir insanın infarkt keçirmə riski digər insanlara görə iki qat artıqdır. SİA İngiltərə alimlərinin apardığı araşdırmaları sizlərə təqdim edir. 70 il boyunca həyatlarını bir-birinə həsr edən 90 yaşlarında olan Ohio Nashport-da yaşayan Kenneth və Helen cütlüyü üzərində aparılan araşdırmalardan sonra inanılmaz nəticələr əldə olunub. Belə ki, Helenin ölümündən cəmi 15 saat sonra, həyat yoldaşı Kenneth də həyatını itirib. Cütlüyün qızı, ana və atasının ölümünün ardından bunları söyləyib: "Biri dünyadan köçəcəyi təqdirdə, digərinin də tez bir zamanda öləcəyini bilirdik. Çünki atam və anam bir-birilərini çox sevirdilər və onlar yalnız yaşaya bilməzdilər".
İngiltərə alimlərinin açıqlamasına görə eşq acısı, şoka səbəb olur. Bu da ürək əzələlərinin birdən-birə zəifləməsinə gətirib çıxarır. Bunun da nəticəsində ürəyin sol yarımkürəsi şəkil dəyişdirir və şok nəticəsində infarkt olan kəs həyatını itirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB