Pişiklə evləndi

İngiltərədə yaşayan 48 yaşındakı Barbarella Buchner adlı bir qadın, bir neçə uğursuz sevgi macərasından sonra insanlarda xoşbəxtlik tapa bilmədiyini bəhanə gətirərək iki pişiklə ailə həyatı qurub.

SİA-nın "Scottish Sun" qəzetinə istinadən xəbərinə görə, Londonda yaşayan 48 yaşındakı Buchner bu qərara 7 ildir birlikdə yaşadığı yoldaşından ayrıldıqdan sonra gəlib. Buchner, bu simvolik evliliyi öz internet saytına qoyduğu evlilik vəsiqəsi ilə də sənədləşdirib. Gəlin Buchner, "Lugosi" və "Spider" adlı qardaş pişiklərlə evləndikdən sonra onlarla birlikdə İspaniyanın Lanzarote adasına bal ayına gediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə