Komadan çıxdı, həyatı dəyişdi

İngiltərədə yol qəzası keçirib komaya düşən bir gənc, komadan oyandığında özünün Hollywood ulduzu Mathew McConaughey olduğunu iddia edib. Maraqlısı isə odur ki, fransız dilini bilmədiyi halda komadan ayıldıqdan sonra ana dili kimi Fransız dilində danışmağa başlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İngiltərədə yaşayan 25 yaşındakı Rory Curtis adlı bu şəxs ixtisasca bərbərdir. 2012-ci ildə avtomobil qəzasına düşən Curtis 40 dəqiqədən sonra avtomobilin dağıntıları arasından çıxarılmışdı.

Xəstəxanaya aparılan gənc 6 gün komada qalıb. Komadan oyandığında özünün Hollywood ulduzu Mathew McConaughey olduğunu iddia edən Curtis xəstəxanada tibb bacıları və ailəsi ilə fransız dilində danışmağa başlayıb. Yalnız güzgüdə üzünü gördükdən sonra bu fikirdən əl çəkib. Həkimlər onun psixoloji travma keçirdiyini və qısa zamanda normal həyatına dönə biləcəyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə