Dünyanın ən bahalı almazı tapıldı

Dünyanın ən bahalı almazı tapıldı

"Petra Diamonds" şirkəti, Cənubi Afrikada Pretoria şəhəri yaxınlarında yerləşən "Cullinan" mədənində dünyanın ən böyük ölçülü almazını aşkar edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkətdən edilən açıqlamada çəkisi 3,106 karat olan almazın bu günə qədər tapılan ən böyük mavi almaz olduğu və 2 milyon dollara satışa çıxarılacağı bildirilib.

"Petra Diamonds" şirkətinda çalışan Johan Dippenaar, qiymətli tapıntının bu günə qədərki ən bahalı almaz olduğunu ifadə edərək qeyd edib ki, təkcə böyüklüyü ilə deyil həmçinin formasına və keyfiyyətinə görə də bu almaz bu günə qədər tapılan ən qeyri –adi tapıntıdır.
Qeyd edək ki, ötən il də eyni mədəndə tapılan 25.5 karatlıq almaz, 16.9 milyon dollara satılmışdı. 2008-ci ildə həmin mədəndə tapılan və "Yusifin Ulduzu" adı verilən digər bir almaz isə 9.49 milyon dollara satışa çıxarılmışdı.

Nəzərinizə çatdıraq ki, "Petra Diamonds" şirkətinin sahib olduğu Cənubi Afrikadakı "Cullinan" və Tanzaniyadakı "Williamson" mədənlərindən çıxarılan almazlar, Londondakı "Buckingham" sarayında sərgilənir. Bu almazlar, dünyanın ən nadir və ən qiymətli daşlarıı olaraq nümayiş etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə