Böyük Britaniyanın milli arxivi dekabrın 27-də saray əyanlarına aid 41milyon vəsiyyəti internet vasitəsilə ictimailəşdirib. SİA xəbər verir ki, "Agence France-Presse"-in yazdığına görə, qısa məzmunda təqdim olunmuş sənədlərlə ödənişsiz tanış olmaq mümkündür. Rəqəmli kopiyalara görə isə 10 funt-sterlinq (13 avro) ödəmək lazımdır. Portala daxil olanlar şahzadə Diananın, Uinston Çörççilin, yazıçılar Çarlz Dikkensin, Corc Oruellanın, "Vinni Pux"-un yaradıcısı Alan Milnin, kriptoqraf Alan Tyürinqin və digər nüfuzlu Britaniya zadəganlarının vəsiyyətnamələri barədə öyrənə bilərlər. Onların hər biri saray əyanları siyahısında yer alıblar.
Məsələn,1870-ci ildə vəfat etmiş Çarlz Dikkens öz dəfni haqqında fikirlərini qeyd edərkən yazıb ki, onun torpağa gömülməsi təmtəraqlı olmasın: "İnadla tələb edirəm ki, dəfnim təmtəralı olmasın və ciddi şəkildə həyata keçirilsin.""Oliver Tvist"-in müəllifi həmçinin qeyd edib ki, onun dəfnində iştirak edəcək insanlar qara şərf, şlyapa, qara əlcək və s. geyimlərdə olmasınlar: "Bütün bunlar ikrahdoğucu absurddur".
Alan Milin isə vəsiyyət edib ki, onun kitablarından əldə ediləcək gəlirlər Londondakı sevimli klubuna və 1956-cı ildə vəfat etdiyi Vestminter məktəbinə verilsin.
Vəsiyyətlərin onlayn-təqdimi XIX yüzilliyin ortalarından başlayaraq, əsr yarımlıq müddəti əks etdirir. Təşkilatçılar həm də belə hesab edirlər ki, arxiv bir çox britaniyalılara şəxsi ailələrinin genealogik şəklini təsəvvür etməyə şərait yaradacaq.
Bütün sənədlərin orijinalları Mərkəzi İngiltərənin Bermingem şəhərindəki arxivlərdə saxlanılır və araşdırmalar üçün açıqdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB