Hindistanda 72 yaşındakı yaşlı adamın öldüyünü zənn edən ailəsi cənazə mərasimi düzənlədiyi vaxt, yaşlı kişi qeyri-adi şəkildə yenidən həyata qayıdıb. Hind ənənələrinə görə, yaşlı adamın yandırılaraq küllərinin sovrulması lazım idi. "Yandırma" mərasimi başlanmazdan əvvəl 72 yaşındakı Deepak Singh dirilib. SİA-nın İngiltərənin Daily Mail qəzetinə istinadən verdiyi məlumata görə, Hindistanın şimal-qərbindəki Rajasthan əyalətində yaşayan 72 yaşındakı Deepak Sing saxladığı mal-qarasına yem verdiyi zaman qəfildən yerə yıxılıb. Köməyə gələn nəvəsi dərhal kəndin həkimini çağırıb. Həkim yaşlı kişini yoxladıqdan sonra həyatdan köçdüyünü bildirib.
Öldüyü zənn edilən yaşlı kişiyə yas mərasimi düzənlənib. Hindistan adətlərinə uyğun olaraq ölən şəxsin yandırılması üçün od yandırılıb. Ancaq bu vaxt qeyri-adi bir hadisə baş verib. Deepak Singin nəbzi qəfildən vurmağa başlayıb.
Öldüyü zənn edilən Deepak Singin nəvəsi babası haqqında bunları danışıb: "Biz babamın yandırılması üçün od yandırdıq ancaq bu zaman babamın tərpəndiyini gördüm. Gözlərini açdı və ətrafda olan bitəni anlamağa çalışdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB