Argentina vəkilləri məhkəmə zamanı 20 ildir zooparkda saxlanılan bir oranqutan meymununa insan hüquqları verilməsini tələb ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sandra adındakı oranqutanın Buenos Ayres-də yaşadığı zooparkdan çıxarılmasını tələb edən vəkillər həmçinin məhkəmədən bu meymuna insan hüquqlarının verilməsini də tələb ediblər.
Buna səbəb kimi isə hakimlər meymunun qeyri-qanuni yolla zooparka salındığını bildiriblər.
Xatırladaq ki, bir neçə gün öncə Nyu-Yorkda da analoji hadisə yaşanmışdı. Ancaq Nyu-York məhkəməsi meymuna heç bir hüquq verməyib. Vəkillər isə məhkəmədən prosessinin uzanacağı təqdirdə Sandranın Braziliyadakı təbii parka transfer olunmasını tələb ediblər.
Qeyd edək ki, Argentinada heyvan haqqlarını müdafiə edən vəkillər dərnəyi, Sandranın bioloji olmasa da, fəlsəfi baxımdan bir "insan" kimi qəbul edilməsinin lazımlı olduğunu söyləyiblər. Onlar, Sandra-nın "insan olmayan bir adam" olaraq qeyri-qanuni yollarla azadlıqdan məhrum edildiyini müdafiə edirlər. Vəkil Paul Buompadre, La Nacion qəzetinə açıqlamasında bildirib ki, məhkəmənin verəcəyi qərar zooparklara, sirkə, aquapark və elmi laboratoriyalarda ədalətsiz bir şəkildə saxlanılaraq azadlıqdan məhrum edilən bütün heyvanlar üçün xeyli əhəmiyyətli olacaq.
Məlumat üçün nəzərinizə çatdıraq ki, sözügedən meymun 1986-ci ildə Almaniyadakı bir zooparkda dünyaya gəlib və 1994-ci ildə Buenos Ayresə gətirilərək buradakı zooparkda saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB