Honq Konqda baş verən yol qəzası nəticəsində inkassator maşınından yola 15 milyon Honq Konq dolları (təxminən 2 milyon ABŞ dolları) səpələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yola tökülmüş pulları yığmaq üçün hər kəs küçələrə axışıb. Nəticədə Honq Konq-un mərkəzi küçələrindən olan "Gloucester Road " –da maşınların hərəkəti bir müddət dayanıb. Honq Konq polisi hadisənin qarşısını almaq üçün dəfələrlə anons edərək yola tökülən pulları yığanlara qarşı cinayət işi açılacağını vurğulasa da, yerə tökülən pulları yığan şəxslərin qarşısını almaq mümkün olmayıb. Polis rəsi Wan Siu-hung, bildirib ki, inkassator maşınının sürücüsü qapını açıq qoyduğundan pullar küləyin təsiri ilə havaya səpələnib. Həmçinin o da qeyd olunub ki, bütün pulların seriya nömrələri qeydiyyata alınıb və yığılan pullar tezliklə geri qaytarılacaq. Hüquq müdafiəçiləri isə pulları qaytarmaq istəməyən şəxslərə qarşı cinayət işi açılacağını vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB