Almaniyada dəyəri 150.000 avro olan göyərçin oğurlanıb

Almaniyada dəyəri 150.000 avro olan göyərçin oğurlanıb

Almaniyanın Duseldorf şəhərində 150.000 avro qiyməti olan poçt göyərçini oğurlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "AS 969" cinsli göyərçin dünyada ən bahalı göyərçin sayılır. Sahibinin sözlərinə görə, bu cins göyərçinlərdən poçt xidmətində istifadə olunduğu üçün çox yüksək dəyərə malikdir və onu tapan şəxsi 12.500 dollar mükafat gözləyir.

Qeyd edək ki, göyərçin çərşənbə axşamı günü saat 06:50 –də oğurlanıb və hal-hazırda Dusseldorf polisi göyərçinin axtarışına davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə