Məşhur aktyor Ceki Can bəyan edib ki, o, doğma oğlu Ceysin törətdiyi əmələ görə utanc hissi keçirir. SİA xəbər verir ki, bu barədə "reuters" yazıb. Belə ki, aktyorun oğlu Çində narkotik istifadəçilərinə xüsusi yer ayırmaqda ittiham olunur.
"İnanmaq istərdim ki, gələcəkdə o narkotiklər haqqında neqativ düşünəcək və bunu başqaları ilə bölüşəcək. Mən oğlumun həbsi ilə bağlı heç vaxt öz əlaqələrimdən istifadə etməmişəm" -deyə, Ceki Çan bildirib.
Xatırladaq ki, bu ilin avqustunda aktyor və müğənni Ceki Çan polis tərəfindən həbs olunub. Məhşur aktyorun oğlunun qanında narkotik maddələr aşkarlanıb. Eyni zamanda evində aparılan axtarışlar nəticəsində 100 qram marixuana tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB