Meymunun insan haqları tanındı

Argentinanın paytaxtı Buenos-Ayresin məhkəməsi şəhər zooparkında (Buenos Aires Zoo) saxlanan diş oranqutanqın "azadlıqdan qanunsuz məhrum olunduğu" barədə qərar çıxarıb. Məhkəmənin hökmünə görə, meymun dərhal azadlığa buraxılmalıdır.

Proses heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan AFADA təşkilatının iddiası əsasında aparılıb. Təşkilatın fikrincə, "Sandra" adlı meymun insanlar təki hüquqlara malikdir: "Oranqutanq şəxsiyyətin formalaşması üçün yetərincə koqnitiv imkanlara və bacarıqlara malikdir".

Məhkəmə AFADA-nın iddiası ilə razılaşıb və etiraf edib ki, 20 il əvvəl Berlin zooparkından alınaraq Buenos-Ayres zooparkında saxlanmağa başlanan Sandra azadlıqdan qanunsuz olaraq məhrum edilib.

Məhkəmənin qərarı apellyasiya qaydasında ləğv olunmazsa, Sandra Braziliyadakı qoruqlardan birinə göndəriləcək.

Sumatra oranqutanqı Sandra 1986-cı ildə Berlin zooparkında anadan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə