Amerika Birləşmiş Ştatlarının ən qocaman sakini ölüb. SİA xəbər verir ki, bu barədə "The Rockford Register Star" nəşri yazıb. Vəfat edən 110 yaşlı amerikalının adı Konrad Conson idi. O, İllinosys ştatının Şimalında yerləşən Rokvord şəhərində yaşayıb və dülgərliklə məşğul olub.
Conson 1904-cü ildə İsveçdə anadan olub. Sonradan isə ABŞ-a köçüb. Maraqlıdır ki, həyatının son anına qədər o özünü gümrah və sağlam hiss edib. Conson hətta son vaxtlara qədər öz dülgərlik peşəsi ilə də məşğul olub və evinə gəlir gətirib. Digər tərəfdən o, bir neçə ay öncə əsadan istifadə etməyə başlayıb. Lakin ölümü anidən baş verib.
110 yaşlı amerikalı bu vaxta qədər iki dəfə evli olub. Onun ilk həyat yoldaşı 1988-ci ildə, ikincisi isə 2002-ci ildə dünyasını dəyişib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB