Dünyanın ən şəffaf gölləri insanları özünə cəlb edir. Belə ki, bu göllərdən hətta içməli su kimi də istifadə olunur. SİA xəbər verir ki, bu barədə qlobalscience.ru saytı yazıb. Lakin hazırda həmin göllərdə də çirklənmə halları baş verməkdədir. Texniki sənaye tullantıları bu göllərin təbii gözəlliyini əlindən alır.
Aparılan araşdırmalara görə, şəffaf göllərin reytinqi tez-tez dəyişilməyə məruz qalır. Bu gün dünyanın ən şəffaf gölü Yeni Zellandiyanın cənub adalarınn birində müəyyənləşdirilib. Bu gölün adı da çox ilgincdir – Sülh torpaqlarının gölü. Aborigenlər bu göldə həyatlarını itirmiş yaxınlarını yuduqdan sonra dəfn edirlər. Onlar hesab edirlər ki, bu gölün şəffaf suyu ölmüş insanın bütün günahlarını yuyur.
Alimlər apardıqları araşdırmalardan sonra müəyyən ediblər ki, gölün suyunun şəffaflığı onun təzələnməsi ilə bağlı olur. Bu gölün suyu isə 24 saatdan bir təzələnir. Məhjz bunun sayəsində suya daxil olan zibil kütlələri qısa müddətdə həmin sudan çölə atılır. Dünyanın möcizəsi hesab edilən bi göl dəniz səviyyəsindən 1200 metr yüksəklidə yerləşir.
Yğışlar yağdıqdan sonra gölün suyu bulansa da, bir neçə saatdan sonra yenidən əvvəlki vəziyyətinə qayıdır. Suyun dibinin görünməsi 80 metrdir. Maraqlıdır ki, bu kimi hal distilizə olunmuş suda da olur. Bu baxımdan, dünyanın ən şəffaf gölü reytinqdə birinci olaraq qalmaqdadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB