Zidan "Reala" "salfetka" vasitəsilə keçib? TƏFƏRRÜAT

Zidan "Reala" "salfetka" vasitəsilə keçib? TƏFƏRRÜAT

Fransanın əfsanəvi futbolçusu Zinəddin Zidan 2001-ci ildə "Real" klubuna transfer olunmasının maraqlı məqamlarını açıqlayıb. SİA "izavestiya"ya istinadən xəbər verir ki, Zidan günlərin birində "Real"ın prezidenti Florentino Pereslə nahar etdiyi zaman qarşı tərəf onun "Real"a keçməsi təklifini jestlə ifadə edib: "Biz nahar edirdik və Florentino mənə "salfetka" uzatdı. Orada yazılmışdı: "Sən "Real"da oynamaq istəyirsənmi?" Mən də cavab yazdım ki, "əlbəttə!". Bu olay mənim həyatıma ən xoşbəxt gün kimi yazıldı"- deyə, məşhur futbolçu deyib.

Xatırladaq ki, Zinəddin Zidan "Real"a 2001-ci ildə "Yuventusdan" transfer olunub. Həmin vaxt o rekord məbləğə 75 milyon avroya imza atıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə