2014-ün yadda qalan hadisələri

Wikipedia yola saldığımız 2014-cü ilin ən yadda qalan hadisələrini açıqlayıb. SİA-ya daxil olan məlumata görə, siyahıya Ferqyusonda, Honkonqda, Ukrayna avromaydanında baş verən hadisələrlə yanaşı, Soçi Olimpiadasında, Braziliyada keçirilən futbol üzrə dünya çempionatında cərəyan edən olaylar da əlavə edilib. Eyni zamanda, Şotlandiyada keçirilən müstəqillik referendumu, Ukraynada cərəyan edən hərbi qarşıdurma, Qəzza Sektoru və "İslam Dövləti" qruplaşması da bu sıradadır. Həmçinin Konçita Vusrsun "Eurovision"dakı çıxışı və Oskar mükafatına layiq görülmüş "12 il qul olmaq" filmi də Wikipedia səhifəsində yer alıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə