Ceki Çanın yeni filminin çəkilişində FACİƏ

Ceki Çanın yeni filminin çəkilişində FACİƏ

Kinooperator Çan Kvok-Xunq Ceki Çanın baş rol aldığı "İsti izlərlə" döyüş filminin çəkilişində faciəvi şəkildə həyatını itirib. SİA-nın məlumatına görə, bu barədə "South China Morning Post" xəbər verir. Belə ki, 51 yaşlı Çan Kvok-Xunq suda aparılan çəkiliş zamanı batıb. O, digər çəkiliş komandası ilə birgə qayıqda olub. Lakin qayıq Lantau adasında (Honq Konq) anidən çevrilib və çəkiliş qrupu ölümlə-qarşı-qarşıya qalıb. Buna baxmayaraq, onlar üzərək sahilə çıxmağa macal tapıblar. Operator isə sudan çıxa bilməyib. Həmin zaman Ceki Çanın qayıqda olmadığı bildirilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə