İnsanlar öz emosiyalarına hakim ola bilmir, çoxu qışqırır və ağlayır
İnternetdə uzaq Şərqdə davam edən qasırğaya baxmayaraq, Koreyadan ABŞ-a uçan "American Airlines" şirkətinə məxsus təyyarənin salonunda çəkilmiş kadrlar yayılıb. SİA-nın məlumatına görə, Yaponiya üzərində "Boeing" güclü hava burulğanına düşür. Videodan təyyarənin havada necə atılıb-düşdüyü, gah bir tərəfə, gah da digər tərəfə əsdiyi və salonda qab-qaşığın necə uçduğu görünür. Təyinat nöqtəsinə uçub çata bilməyəcəyini anlayan ekipaj komandiri təyyarəni təcili qaydada Tokioda yerə endirmək qərarına gəlir. Təyyarənin göyərtəsində iki yüzdən çox adam olub, onlardan ən azı 15-i hava silkələnməsi zamanı xəsarət alıb. Hava limanında onları "təcili yardım" maşınları qarşılayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB