Xəzər dənizinin Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerli sakinlər tərəfindən qeyri-adi heyvan skeleti tapılıb. Heyvanın qeyri-adiliyi onun yalnız iki ayağının olmasındadır. Skeletin uzunluğu 1,5 metrə yaxındır. Skeletin iki uzun ayağının olması onun tullanaraq hərəkət etməsini deməyə əsas verir.
Heyvan skeletinin qəribə görünüşə malik olması kənd sakinlərinin də marağına səbəb olub. Skeletə baxış keçirmək üçün Lənkəran Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər.
Mənşəyi məlum olmayan heyvanı sel sularının dağlardan gətirməsi və yaxud onun digər ölkədən dəniz vasitəsilə ölkəmizə gəlib çıxması da istisna edilmir.
Skeletin hansı heyvana məxsus olması baytarlıq idarəsində aparılan laborator müayinədən sonra bilinəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB