Dumanlı Albionun paytaxtı yenidən dünya sakinlərini təəccübləndirən addıma imza atıb. SİA "The Independent" nəşrinə istinadən xəbər verir ki, Londonun Lambet rayonunda Britaniyada və dünyada ilk olan kasıblar üçün supermarket açılıb. Nəşrin yazdığına görə, artıq bu yenilik yerli sakinlər üçün populyarlaşıb.
İnformasiyaya görə, "Community Shop’" supermarketində hətta dünyaca tanınmış brend məhsulları olan "Marks & Spencer" və "Ocado"-nu 70 %-li endirimlə almaq olar. "Bu, imkan verir ki, Londonun maliyyə baxımından əziyyət çəkən kəsimi brend məhsulları çox ucuz qiymətə alsın"-deyə, qəzet yazır.
Qeyd edək ki, Lambet rayonunda kasıblar təbəqəsinə aid olan ümumilikdə 750 sakin yaşayır. Yalnız onlar bu supermarketdən böyük endirimli məhsul ala bilərlər.
Satılan məhsulların əsas seqmenti düzgün markalanmamışlar, qablaşdırılmasında xətaya yol verilmişlərdir ki, onlar brend olsalar da, digər marketlərdə alınmadıqlarına görə, utilə (tullantıya) göndərilirdilər. İndi isə bu məhsullar sərfəli qiymətlə öz alıcılarını tapırlar.
Böyük Britaniya hökuməti də təsdiq edir ki, əgər kasıblar üçün istifadəyə verilən bu kimi supermarketlərə tələbatlar artarsa, bu zaman həmin şəbəkənin daha 20-si ölkə ərazisində tikilərək istifadəyə veriləcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB