"Rusiya alimlərinin bu ilin oktyabrında müəyyən etdikləri asteroid bundan sonrakı 150 il müddətində planetimizə heç bir təhlükə yaratmayacaq." SİA xəbər verir ki, bu barədə ABŞ-ın kosmik tədqiqatlar agentliyi olan NASA məlumat verib.
NASA alimləri bildiriblər ki, 2014 UR116 adlandırılan və 400 metr ölçüsündə olan asteroid müəyyən vaxtlarda Yer planeti yaxınlığında görünsə də planetin orbitinə daxil olmur. Bu baxımdan, onun planetimizə hər hansı bir ciddi təhlükə yaratması mümkünsüzdür. Belə ki, astrofiziklərin apardıqları kompüter modelləşdirilməsindən sonra bəlli olub ki, 2014 UR116 altı il əvvəlki olduğu kimi qalmaqdadır. Məhz bu amili nəzərdə tutan amerikalı mütəxəssislər deyiblər ki, asteroid nə Yer planeti, nə də digər planetlərlə 150 il bundan sonra da toqquşmaq ehtimalını yaşamır.
NASA alimləri bldiriblər ki, asteroid Yerə ən yaxın məsafə olaraq 2047-ci ildə yaxınlaşa bilər. Həmin il 2014 UR116 planetimizə 4,3 milyon kilometrə qədər yaxınlaşacaq. Bu rəqəm isə Yer planetindən Aya qədər 11 məsafə uzaqlığını təşkil edir.
Xatırladaq ki, rusiyalı alimlər adıçəkilən obyekti bu ilin 27 oktyabr tarixində "Master-2" sistemi vasitəsilə Qafqaz dağları obserbvatoriyasında, Kislovodsk şəhəri yaxınlığında müəyyən ediblər. Rusiyalı alimlər iddia edirdilər ki, asteroid yaxın müddətdə Yer planeti ilə toqquşmaq ehtimalını yaşadır. NASA isə bu iddiaları öz arqumentləri ilə yalanlayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB