Məişətdə isdifadə etdiyimiz plastik əşyalar sağlamlığımıza ziyandır
Təhlükə altındayıq

Məişətdə plastik əşyalardan geniş istifadə edilir. Belə əşyalar uşaqlar üçün xüsusilə təhlükəlidir. Əslində isə plastik qabların xeyrindən çox ziyanı var. Mütəxəssislərə görə, sintetik qablarda saxlanılan sular keyfiyyətini itirir. Uzun müddət plastik qabda qalan su içilərsə hətta xroniki xəstəliklərə də gətirib çıxara bilər.

Polimer materiallardan hazırlanan qablar günəş şüası altında daha təhlükəli olur.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bu cür qabların əslində birdəfəlik istifadə üçün istehsal olunduğunu bildirir.

Plastmas qab-qaşıqların qiyməti ölçülərinə görə dəyişir. Məsələn çəngəl və qaşıq 5, boşqablar isə 10 qəpiyə satılır. Bu streliçlər adlanır. Hansı ki, gündəlik həyatda istifadəsi qadağandır. Sarı olanlarında qoxu da gəlir. Əl vuranda hətta yağı da hiss olunur. Qanunla bundan qida sənayesində istifadə etmək olmaz. Çünki insanları tədricən zəhərləyir.

Dəhşətli olan isə odur ki, plastik qab yandırılanda da həmin zərərli maddə onun tərkibində qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə