Sevgilisindən qurtulmaq üçün üzünü dəyişir

Türkiyədə ilk dəfə belə bir şey yaşanacaq
Sevgilisindən qurtulmaq üçün üzünü dəyişir

Belə ki, universitet tələbəsi olan gənc qız sadəcə həyatını deyil, üzünü də dəyişdirəcək. İzmirdə oxuyan gənc qız keçmiş sevgilisinin hədə-qorxularından yaxa qurtarmaq üçün üzünü, şəxsi məlumatlarını və hətta təhsil aldığı universiteti belə müddətsiz olaraq dəyişəcək.

Kişilərin qəddarlığının artdığı son illərdə şiddət qurbanı qadınlar üçün oxşar qərarlar çıxıb. Ötən sentyabr ayında keçmiş sevgilisinin 3 ildir davam edən təhdidlərindən sonra polisə müraciət edən tələbə qız qoruma tələb edib. Məhkəmə gənc qadının müddətsiz olaraq şəxsi və ünvan məlumatlarının gizli tutulması, şəxsiyyət və digər məlumat sənədlərinin dəyişdirilməsi, vergi, şəxsiyyət vəsiqəsi, ictimai təhlükəsizlik məlumatları və qeydlərinin dəyişdirilməsi, sürücülük sənədi, evlilik vəsiqəsi və diplom kimi hər cür sənəd və rəsmi məlumatların dəyişdirilməsini, həmçinin fizioloji görüntüsünün estetik və cərrahi yollarla dəyişdirilməsinə qərar verib. Qərarın icrası Respublika Prokurorluğu tərəfindən reallaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə