75 yaşlı qadın hadisəni göz yaşları içində danışdı
Türkiyənin Aksaray bölgəsində naməlum şəxslər 75 yaşlı Gülizarın bilərziklərini oğurlayıblar. Gülizar nənənin qapısını döyən naməlum şəxslər, bələdiyyədən gəldiklərini, ona kömək edəcəklərini bildiriblər. Evə daxil olan şəxslər qoca qadına 200 lira veriblər.
Daha sonra oğrular qadına onun təziyiqini yoxlamaq istədiklərini bildiriblər. 75 yaşlı Gülizardan bilərziklərini çıxarmasını istəyən 4 oğru, onun təzyiqini yoxladıqdan sonra bilərzikləri götürərək qaçıblar.
Gülizar nənə isə hadisəni mətbuata göz yaşları içində danışıb. O, 2 bilərziyin onun kəfən pulu olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB