Hansı zona təxəyyülə cavab verir
Beynimiz haqqında bilmədiklərimiz

Beyinin əmgək hissəsi aşağı tərtib sahələrindən daxil olan hissləri sintezləşdirən yüksək tərtib sahəsidir. Ayrı-ayrı neyron sxemləri fərqləndirməyə çalışan Viskonsin Universitetinin tədqiqatçıları (ABŞ, Medison) zehində cürbəcür səhnəciklər canlandırmağı videoya baxmaq ilə növbələşdirən insanların beyinlərinin elektrik aktivliyini müşahidə ediblər.

Onlar müəyyən ediblər ki, təsəvvür zamanı beynin əmgək hissəsindən peysər hissəsinə, yəni bir neçə hissin verdiyi siqnalları kombinasiya edən daha yüksək tərtib sahəsindən daha aşağı tərtib sahəsinə informasiya axını güclənir. Gözlərin qəbul etdiyi vizual informasiya, əksinə, beynin vizual qabığının böyük bir hissəsinin cəmləşdiyi peysər hissəsindən əmgək hissəsinə axır.

Bu sahədə tədqiqatlar yuxuda olanda və xəyala dalanda beyində baş verənləri başa düşməyə kömək edən yeni vasitələrin işlənib hazırlanmasına gətirib çıxara bilər. Professor Barri Van Vin qısamüddətli yaddaşı kodlaşdırmaq məqsədi ilə beynin şəbəkədən necə istifadə etdiyini başa düşmək üçün yeni metodlar tətbiq etmək niyyətindədir. O deyib: "Zənnimcə, bu, həqiqətən indiyədək tədqiq edilməyən yeni mövzudur. Bilirik ki, beyin müstəqil hissələr dəsti deyil, öz arasında qarşılıqlı fəaliyyətdə olan ixtisaslaşdırılmış sahə şəbəkəsidir. İnsanların və heyvanların beynində sinir siqnalları müəyyən istiqamətdə hərəkət edir, dayanır və müxtəlif yerlərdə peyda olur. Sən demə, bizim siqnalı emal edən metodlarımız onları izləmək üçün yetərincə həssasdır".

Bütün xəbərlər Facebook səhifəmizdə