Arıqladıcı dərmanlar təhlükə saçır

Zərərsiz kimi görünsə də, bu preparatların fəsadları çoxdur
Arıqladıcı dərmanlar təhlükə saçır

Artıq çəkidən yaxa qurtarmağı özünə dərd edən qadınların çox vaxt dərman tapa bilməsi elə də problem olmur. Bəzən zərif görünüşə qovuşmağa çalışarkən bu dəfə sağlamlığı itirmiş olurlar. Çünki arıqladıcı vasitələr təhlükə saçır.

Arıqlamaq istəyənlərin bir birini izləyən çılğın dietləri bəzən onları mövcud sağlamlıqlarına zərbə vurur. Bir çox qadın artıq çəkidən qurtulmaq üçün arıqladıcı vasitələrə əl atır. Qiyməti 30 manatla başlayıb 70 manatadək dəyişən dərman preparatlarının alıcıları əsasən bitki mənşəli olmasına aldanır. Özünə əziyyət vermədən artıq çəkidən xilas olmaq istəyən qadınlar orqanizmə zərəriz olduğuna inanaraq bitki mənşəli dərman preparatları iəl arıqlamağı seçir. Amma həkimlər həyəcan təbili çalır. Həkim dietoloq Tutu Zenalova bu dərmanların sağlamlığa ziyan vurduğunu bildirir:

"Daha sonra sağlamlığında böyük problemlərlə qarşılaşa bilərlər. Çünki bu vasitələr bu həblərin tərkibindəki maddələr psixi asılılıq yaratdığı üçün davamlı olaraq insanların bundan istifadə etməsinə gətirib çıxarır."

Belə dərmanlar başlanğıcda istifadəçini həqiqətən arıqladır. Ancaq sonradan bu vasitələr bir çox fəsadlarla özünü göstərir. Səbəb isə istifadəçinin dərmanlardan qeyri-stabil yaxud da həddən çox istifadəsi, yaxud da həkim nəzarətinin olmamasıdır. Tutu Zenalova sözlərinə belə davam edir:

"Aldığımız qida bağırsaqda uzun müddət qalmadığı üçün bir dönəm sonra bu insanlar bizim qarşımıza saç tökülməsi,əmək qabiliyətinin aşağı düşməsi,dırnaqlarda qırılmalar və əzələ oynaq ağrıları kimi şikayətlərlə gəlirlər.çünki qidalarla aldıqları vitaminləri mənimsəyə bilmirlər."

Mütəxəssislərin fikrinə görə elə bir arıqladıcı preparat yoxdur ki, illərlə yığılan çəkilni bir anda azaltsın. Sağlamlığa zərər vermədən artıq çəki atmağın yolu həkim nəzarətində arıqlamaqdır. Həkim dietoloq istifadəçilərə tövsiyəsi var:

"Tövsiyə edirəm ki, artıq çəkinin problemin səbəbini araşdırsınlar və o səbəbi aradan qaldımaq üçün onlara tərtib olunan arıqlama proqramı ilə artıq çəkidən azad olsunlar."

Bütün xəbərlər Facebook səhifəmizdə