Formula-1 maşını yük maşınının altından keçdi
Belə sürən görmüşdünüz?

Yük maşını yüksək sürətlə tramplinə qalxaraq yerə düşür. Bu məqamda yanaşı gedən Formula 1 avtomobilinin pilotu elə bir manevr edib ki gəl görəsən. Bu görüntülər izləyənləri həm vahiməyə salır həm də heyrətləndirir. Yük maşını və Formula 1 avtomobili hərəkətə eyni anda başlayırlar. Bu avtomobillər əvvəlcə yanaşı gedirlər.Getdikcə sürət artır. Bir anda yük maşını tramplinə qalxaraq bir neçə metr irəliyə düşür.

Ən maraqlı məqam elə bu an yaşanıb. Ağır tonnajlı maşın havada olarkən formula bir avtomobili onun altından keçir. Bu təhlükəli manevr qəzasız ötüşüb. Video internetə yükləndikdən sonra milyonlarla istifadəçi tərəfindən izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə