1960-cı il, avqustun 19-u... Belka və Strelka adlı itlər "Sputnik-5" Sovet kosmik raketi ilə uçuşa başlayır. Sınağın məqsədi kosmik radiasiyanın canlı orqanizmlərə təsirini öyrənmək idi.
İt yoxsa meymun?
1961-ci ildə kosmosa ilk canlının uçuşu baş verir. Belka və Strelka adlı iki it "Vostok" gəmisi ilə kosmosa uçur və sağ qayıdır. Amma Belka və Strelka kosmosa gedən ilk quyruqlu astronovtlar deyildi. Onlardan əvvəl Layka adlı it 1957-ci ildə "Sputnik2" kosmik raketi ilə kosmosa göndərilir. Və beləliklə, kosmosla bağlı ilk təcrübələr başlayır. Lakin Laykanın uçuşu uğurlu olmur və o, qayıtmır.
Dövrü nəzərə alsaq kosmosa uçuşlar haqqında məlumatın azlığı və texnologiyasının inkişaf etməməsi Laykanın yaşaması haqqında heç bir məlumat vermirdi.
Laykanın planetə qayıdışı planlaşdırılmamışdı. Əslində onun orbitdə 1 həftə qalacağı güman edilirdi. Yəqin ki, Layka R-7 raketində baş verəndə həddindən artıq istiləşmə zamanı bir neçə saat ərzində həyatını itirib. Baxmayaraq ki, onu göndərən zaman hər şey ən xırda detalına qədər hesablanmışdı. Lakin onu ölümdən geri qaytarmaq mümkün olmadı. Ölümünün gerçək səbəbi və zamanı 2002-ci ilə qədər açıqlanmayıb. Səbəb kimi orada oksigenin bitdiyi göstərilirdi. 2008-ci ildə isə Rusiyada Layka üçün abidə ucaldılıb.
Səmimi münasibətlər
Əslində təcrübə üçün bir neçə heyvan - siçan, siçovul, meymun nəzərdə tutulmuşdu. Amerikalılar bir müddət sonra meymunlardan istifadə etmişdi. Meymunlar sakit davrana bilirdilər. Lakin itlər daha çox qida yesələrdə və dözümlü idilər.
Ən tüklü və ən uğursuz
Layka Yerin ətrafında dörd dəfə inqilab edir. Lakin hesablamalar zamanı baş verən səhv və 40 dərəcəyə istiyə dözə bilməyən Layka...
SSRİ mətbuatı 7 gün ərzində dünyaya yalnış məlumatlar ötürməyə başlayır. Yalnız bir həftə sonra Layka haqqında məlumatların çox az qismi gün üzünə çıxarılır. Hətta Kremlə istehza dolu məktublar daxil olur: "Kosmosa itin əvəzinə Xruşşovun göndərilməsi daha məqsədəuyğun olardı".
Laykanın oraya uçuşu və bütün bu proseslərdə iştirak edənlər bunun psixoloji cəhətdən nə qədər çətin olduğunu bildirib: "Laykanın həyata qaytarılması üçün heç bir sistem yoxdur. Bu çox acınacaqlı və bir o qədər də dözülməz duyğudur".
Layka haqqında İngiltərə, Danimarka və Kanadanın pop qrupları məşhur mahnılar oxuyub.
Qəhrəmanların qayıdışı
1960-cı il iyulun 28-də yenidən bir qrup it "Vostok" raketi ilə kosmosa göndərilir. Və budur, ikinci uğursuz cəhd. Raket yerə düşür, partlayır və bütün itlər məhv olur. Lakin növbəti iki it - Belka və Strelkanın şansı daha çox idi. Çünki onların bədəninə inyeksiya yeridilərək uzun yaşamalarını təmin edə bilmişdilər.
Uçuş zamanı itlər çox narahat olsalar da, kosmik hərəkət zamanı mükəmməl davranır. Kosmonavt itlər yerə qayıdanda təbii ki, qəhrəman sayılırdı. Hətta insanlar avtomobillərin pəncərələrini açaraq onlara tamaşa edirdi. Hazırda həmin itlər Moskva Memorial Muzeyində doldurulmuş vəziyyətdə saxlanılır.
Kosmosa gedən yolda canını qoyan o Laykaya bütün bəşəriyyət minnətdar olmalıdır. Təəccüblü deyil ki, dörd ayaqlı dostlarımız üçün bir çox yerdə abidələr qoyulub.
İnsanın ilk addımı
Alimlərin bir neçə illik araşdırmalarından sonra 12 aprel 1961-ci ildə insan ilk dəfə Yuri Qaqarin kosmosa uçur. O, Sovet kosmik raketi "Vostok 1" ilə ilk uçuşunu həyata keçirir. Qaqarin özünün 108 dəqiqəlik tarixi orbital uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. O, Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 20 kosmonavtdan biri idi. 108 dəqiqə Yuri Qaqarinin həyatını büsbütün dəyişir. Qırıcı-aviasiya polkunun təyyarəçisi bir an içində dünyanın ən məşhur adamlarından biri olur. İlk kosmosa səfərindən sonrakı 3 il ərzində müxtəlif ölkələrə səfərlər və görüşlər Qaqarinin çox vaxtını alır.
Yuri Qaqarin ölümünə 9 ay qalmış sovet kosmonavtının Amerika ekipajı tərkibində və əksinə uçması imkanlarını təklif etmişdi və qəti rədd cavabı almışdı. Daha sonra Qaqarin xoşməramlı jest kimi NASA-da olmağı xahiş etmişdi, onun bu xahişi də rədd olunmuşdu. SSRİ hakimiyyət orqanları Qaqarinin təkliflərini təhlükəli hesab edirdi; Qaqarin bu təkliflərdən sonra təyyarə ilə xaricə uça bilərdi. Son vaxtlara qədər polkovnik Qaqarinin şəxsi işi SSRİ DTK-nın Xüsusi şöbəsi üçün xüsusi əhəmiyyətli dövlət sirri hesab olunub.
Son uçuş
Uzun fasilədən sonra - 1967-ci ildə Qaqarin yenidən uçmağa başladı. Bu dəfə Qaqarin özünü "MİQ-17" təyyarəsində sınadı. Amma bu uçuş onun əvvəlki bacarığını itirməkdə olduğunu göstərdi. Belə ki, yerə enən zaman düzgün hesablama apara bilmədi və uzun müddət hərbi hava limanının üzərində dövrə vurmağa məcbur oldu. O, yenidən kosmosa uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq, gecə-gündüz hava limanından ayrılmırdı. Bununla belə, kosmonavtlar hazırlayan Mərkəzdə hamıya aydın idi ki, Qaqarin artıq təkbaşına uçuş etməyə hazır deyil və bu, onu faciəyə doğru aparır. 1968-ci il mart ayının 27-də, Moskva vaxtı ilə saat 10:18-də Qaqarin ve Seryogin Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna qalxdılar. Hava olduqca sakit və açıq idi. Sınaq uçuşu üçün 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma saat 10:30-da Qaqarin yerə enmək üçün icazə istədi. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. 3 saatlıq axtarışdan sonra, saat 14:50-də təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi ətrafında tapmaq mümkün olur. Bu, artıq son idi...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB