Riqa zooparkında sayca doqquzuncu ən böyük balqabaq çempionatı keçirilib. Latviyada artıq ənənəyə çevrilmiş balqabaq çempionatının builki qalibi Daqda sakini İnna Kozlovskayanın yetişdirdiyi balqabağın çəkisi 232 kiloqram olub. Bu, yeni Latviya rekordudur. Çempionatda ikinci yeri 179 kiloqram, üçüncü yeri isə 174 kiloqram ağırlığında balqabaqlar tutub.
Builki çempionata təqdim edilmiş ən böyük balqabaqlar Skrunda, Tsarnikava, Adaja, Qrobina, Kuldiqa və digər bölgələrdən gətirilib.
Rekordçu balqabağı yetişdirən qadına mükafat kimi elektron hədiyyə kartı təqdim edilib. Bu kartla "Maxima" mağazalarında 350 avro dəyərində alış-veriş etmək olar. İkinci və üçüncü yerləri tutan balqabaqları yetişdirənlər, müvafiq surətdə 220 və 150 avro dəyərində alış-veriş kartları ilə mükafatlandırılıblar.
Çempionatın final mərhələsinə seçilmiş 10 balqabağın sahiblərinin hər birinə 70 avro dəyərində hədiyyə kartları verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB