Qazlı içkilər siqaretdən daha tez öldürür

Qazlı içkilər siqaretdən daha tez öldürür

Qazlı içkilərdən istifadə etmək təkcə kökəlmənin ortaya çıxmasına deyil, bədən hüceyrələrinin zəifləməsinə də səbəb olur. "The Telegraph" qəzetinin verdiyi məlumata görə, Kaliforaniya Universitetinin mütəxəssisləri qazlı içkilər haqda ilginc faktlar aşkarlayıblar.

Alimlərin sözlərinə görə, qazlı içkilərdən istifadə etmək təkcə kökəlmənin ortaya çıxmasına deyil, bədən hüceyrələrinin zəifləməsinə də səbəb olur.

Onlar 20-65 yalşarında olan 5309 adam arasında araşdırma apararaq, ardıcıl şəkildə qazlı-şirəli içkilərdən istifadə edənlərin telomerlərinin qısaldığını müşahidə ediblər. Bu isə insan ömrünün ən azı 4,5 il azalmasına gətirib çıxarır.

Qeyd etmək lazımdır ki, insan yaşlaşdıqca onun DNT-sinin aşağı nahiyəsində yerləşən telomerlər qısalmağa başlayır. Bu isə orqanizmdə müxtəlif xəstəliklərin, o cümlədən alzaymer, diyabet və ürək xəstəliklərinin ortaya çıxmasına gətirib çıxarır.

Bütün xəbərlər Facebook səhifəmizdə