Afrika ölkəsinin Svazland əyalətində HİV virusunun yayılmasının qarşısını almaq üçün gənc bakirə qızlara hər ay 200 Rwanda frankı (təxminən 40 manat) məbləğində maaş veriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, maaşları Dünya Bankının verəcəyi iddia edilir.
Məsələ ilə bağlı Cənubi Afrikanın Səhiyyə Nazirliyinin rəsmi Tabsile Dlamini deyib ki, hökumət gənc qızlara ehtiyaclarını ödəmək və fahişəlik etmək məcburiyyətində qalmamaları üçün bu addımı atıb. Lakin o, maaşı almaq istəyən qadınların nə zaman məlum olacağı barədə heç bir açıqlama verməyib.
Svazlanda yaşayan qadınlar isə nəzərdə tutulan məbləğin onlara fahişəlik etmələrinin qarşısını almaq üçün kifayət etmədiyini deyiblər.
Məsələ ilə bağlı jurnallardan birinə müsahibə verən 17 yaşlı Tandi Tvala isə bildirib ki, əyalətdəki qadınlar ödəniləcək məbləği bir gecədə sadəcə bir cinsi əlaqə qarşılığında qazana bilər. Digər qızlar da pulun məbləğinin artırılmaması qarşılığında yenidən fahişəlik etməyə davam edəcəklərini bildiriblər.
Qeyd edək ki, əyalətdə 200 min insan məhz HİV virusundan əziyyət çəkir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB