Kədərli, gərgin və əsəbi keçən bir gün insan bədənində artıq çəkiyə səbəb olur
Stress artıq çəki yaradır

Tədqiqatlara 50 yaşdan yuxarı 58 könüllü qadın cəlb olunub. Alimlər əvvəlcədən hər bir qadının qanında şəkərin, insulinin, kortizol və triqliseridlərin miqdarını ölçüblər, stressin səviyyəsini müəyyən ediblər, habelə metabolik sürəti hesablayıblar. Sonra onlara tərkibi 930 kalori və 60 qram yağ olan (gündəlik normadan artıq) yemək verilib. Yeməkdən sonra onlardan yenidən analizlər götürülüb.

Tədqiqatlar son bir sutka ərzində stress keçirən qadınlarda qıdanın səmərəsinin az olduğunu üzə çıxarıb. Xüsusilə, onlarda yağların oksidləşməsi əhəmiyyətli dərəcədə aşağı olub. Məlum olub ki, yeyilmiş qida enerji vermək əvəzinə artıq çəki yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə