Futbol azarkeşləri həm də təbiətin qoynunda dincələcəklər

Futbol azarkeşləri həm də təbiətin qoynunda dincələcəklər

Çinin "NBBJ" arxitektor şirkəti idman qurğusunun yeni konsepsiyasını yaradıb. Layihənin başlıca məqsədlərindən biri də insanları təbiətə bir qədər də yaxınlaşdırmaqdır. Layihə müəllifləri Dalyan şəhərində tikiləcək orijinal stadionu arxitekturanın orqanik nümunəsi adlandırırlar.
Adətən stadion mərkəzi arena, tamaşaçı tribunasından ibarət olduğu halda burada insanların zövqünü oxşayacaq gül-çiçəkli bağın da salınması nəzərdə tutulur.
Belə ki, stadionun daxili, uzun divarları bitkilərin yetişdirilməsi, həmçinin innovativ dam üçün dayaq rolunu oynayacaq.
Stadion 40 min azarkeş tutacaq, bununla belə, xüsusi sistemin köməyi ilə daha 15 min adam üçün genişlənə bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə