Amerika Birləşmiş Ştatlarının Texas əyalətində 4 yaşında ikən itkin düşmüş qız, 12 il sonra tapılıb. FBİ 16 yaşlı Sabrina Allen və 44 yaşlı anası Dara Liorensi Meksikada həyata keçirilən əməliyyat nəticəsində tapıblar. S.Allen FBİ tərəfindən ABŞ-a gətirilərək xəstəxanada sağlamlıq yoxlanmasından keçirilib. Anası D.Liorens isə qızını qaçırtma şübhəsi ilə saxlanılıb. Qeyd edək ki, Sabrina 2002-ci ildə anasını görməyə getdikdən bir həftə sonra itkin düşmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB