II Yelizavetanın sarayına saqqıztəmizləyən işçi axtarılır

II Yelizavetanın sarayına saqqıztəmizləyən işçi axtarılır

İngiltərə kraliçası II Yelizavetaya aid Şotlandiyadakı saray otaqlarında saqqız ləkələrini çıxara bilmək üzrə mütəxəssis aranır. SİA xəbər verir ki, bu barədə sarayın internet səhifəsində elan verilib. Saqqız təmizləmə üzrə mütəxəssisə ildə 16 min funt sterlinq maaş kəsiləcək.

Saqqıztəmizləyən mütəxəssiz sarayın döşəmələrinə, mebellərə və tarixi abidələrə yapışdırılmış saqqızları çıxarmaqla öz işinin öhdəsindən keyfiyyətlə gəlməlidir.

Lakin onun işi bununla bitməyəcək. Belə ki, onun öhdəlikləri sırasına sarayın pilləkənlərini silmək, kraliçanın yatağını yığışdırmaq, onun istifadə etdiyi bardaqları və boşqabları yumaq da aid olacaq.

Saraydan verilən açıqlamada bildirilir ki, oranı ziyarət edən insanlar arxalarınca külli miqdarda saqqız buraxırlar.

Qeyd edək ki, kraliyyət sarayını ildə 250 min insan ziyarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə