SİA sevginin 10 sirrinin təqdim edir:
1. Sevmək düşünməkdir. Sevgi düşüncədən başlayır. Biz özümüzü düşüncələrimizdə əks etdiririk. Sevgi haqqında düşüncələrimiz sevgi münasibətlərimizin yaradıcısıdır.
2. Sevmək hörmət etməkdir. Bir insanı sevmək üçün əvvəlcə ona hörmət etməyi bacarmaq lazımdır. Bundan əvvəl isə özünə hörmət etməyi bilməlisən.
3. Sevmək özündən hədiyyə verməkdir. Əgər siz xəyal etdiyiniz (arzusunda olduğunuz ) sevgini qazanmaq istəyirsinizsə əvvəlcə öz sevginizi verməyi bacarmalısınız. Qarşınızdakı insana nə qədər çox sevgi versəniz, qarşılığında bir o qədər sevgi alacaqsınız. Sevmək — heç bir qarşılıq gözləmədən özündən sevdiyinə pay verə bilməkdir. Sevgilinizdən nə alacağınızı deyil, ona nə verə biləcəyinizi düşünün.
4. Sevmək dostluqdur. Təmiz sevgiyə sahib olmaq üçün ilk növbədə həqiqi dostluğa sahib olmaq lazımdır. Sevmək bir-birinə baxmaq deyil, sevmək heyata bir yerdə, eyni gözlə baxmaqdır.
5. Sevmək toxunmaqdır. Toxunma — sevginin ən böyük göstəricilərindən biridir – maneələri aradan qaldıran və münasibətləri möhkəmləndirən. Toxunma — fiziki və mənəvi ruh halını dəyişərək insanları sevgiyə daha çox bağlayır. Toxunma — cismin dərmanı, ürəyin atəşidir.
6. Sevmək azadlıq verməkdir. Əgər bir insanı sevirsinizsə onun azadlığını əlindən almayın. Əgər o sizi həqiqətən sevirsə, harada olmasından asılı olmayaraq hər zaman sizinlə olacaq, əgər belə deyilsə, demək ki, o sizin deyil və heç vaxt da olmayıb. Sevginin güclü olmasına baxmayaraq insan bir az da olsa öz azadlığını istəyir. Sevib xoşbəxt olmaq istəyirsənsə qorxulardan azad olmağı bacarmalısan.
7. Sevmək ünsiyyətdir. İnsan düzgün ünsiyyət qurduğu an həyat daha gözəl olur. Sevmək — sevdiyin insanla düzgün ünsiyyət qurmağı bacarmaqdır. Sözlərinizlə, hərəkətlərinizlə sevdiyiniz insana onu sevdiyinizi və ona dəyər verdiyinizi göstərin. Möcüzəli 3 kəlməni deməkdən heç zaman çəkinməyin: "Mən Səni Səvirəm". "Sevirəm" sözünün müqəddəsliyini və saflığını həqiqətən sevəcəyiniz insan üçün qoruyub saxlayın. Sevdiyinizi sabah sizinlə olmayacaqmış kimi sevib qədrini bilin.
8. Sevmək sədaqətdir. Sevginizin səmimi və saf olmasını istəyirsinizsə, sevdiyinizə hər zaman sadiq qalın, bu sizin düşüncələrinizə və münasibətlərinizə müsbət təsir göstərəcək. Əbədi sevgiyə sahib olmaq istəyirsinizsə, hər zaman bu sevgiyə sadiq qalmağı bacarın.
9. Sevmək hisslərini göstərə bilməkdir. Aşiq olduğunuz zaman keçirdiyiniz hisslər sevginizi sönməyə qoymayan atəşdir. Sevgi hissi insanda hər zaman ruh yüksəkliyi və xoş əhval-ruhiyyə yaradır.
10. Sevmək etibar etməkdir. Etibar etmək — sevgi münasibətlərində ən mühüm rola malik olan hissdir. Etibar hissi olmayan insan hər zaman şübhə içində yaşayır və qarşısındakı insanın da həyatını zəhərləyir. Tam etibar etmədiyin birini sevmək mümkün deyil. Sevmək möhkəm bağlanmaq, sarılmaqdır. Ona toxunduğun zaman ürək döyünməlidir. Əgər bu belədirsə, bunun adı eşqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB