Beş dəqiqəlik gəzinti xoşagəlməz nəticələrdən xilas edəcək

Beş dəqiqəlik gəzinti xoşagəlməz nəticələrdən xilas edəcək

Amerikalı alimlər sübut ediblər ki, hər saatın beş dəqiqəsini gəzmək oturaq həyat tərzinin mənfi nəticələrini tamamilə aradan qaldırır.

Bluminqtondakı İndiana Universitetinin əməkdaşı Saurab Tosar deyib: "Həkimlər oturaq həyat tərzinin xroniki xəstəliklərə səbəb olması, piyada gəzintilərin və yüngül qaçışların isə ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırması haqqında çox yazıblar. Lakin bu fakt elmi cəhətdən sübut olunmayıb. Bizim tədqiqatlar göstərdi ki, uzun müddət oturaq vəziyyətdə olmaq endoteliyanın funksiyasını pozur, beş dəqiqəlik gəzinti kimi kiçik fasilələr isə onu normal fəaliyyətini bərpa edir".

Tədqiqatda iştirak edənlər - 20-35 yaşlı 11 nəfər sağlam kişi iki sınaqdan keçib. Onlar birinci sınaqda fasiləsiz üç saat əyləşib və alimlər hər bir saatdan bir onların bud arteriyasının vəziyyətini yoxlayıblar. İkinci sınaqda isə kişilər yenə üç saat əyləşib, lakin hər saatdan bir saatda 3,2 kilometr sürəti ilə "qaçan yol"da gəziblər.

Tədqiqat zamanı müəyyən olunub ki, bir saat oturandan sonra arteriyanın funksiyası 50 faiz aşağı düşür, lakin beş dəqiqəlik gəzinti bu pozuntunu tamamilə bərpa edir.

Bütün xəbərlər Facebook səhifəmizdə