Baş beynin hormonları insanları çox yeməyə məcbur edir

Niderland Krallığının paytaxtı Amsterdamda Tibb Mərkəzinin alimləri baş beynin tədqiqatı zamanı sübut etdilər ki, baş beynimizin daimi istehsal etdiyi müəyyən kimyəvi maddələr bəzi hallarda çox yeməyə gətirib çıxarır və piylənməyə səbəb olur. Bu qrupa hətta normal çəkidə olan insanlar da düşə bilər. Dofamin hormonun miqdarının oynaması insanın çox yemək meylini müəyyən edir.

Bu məlumatlar könüllülərin iştirakı ilə eksperiment zamanı müəyyən olunub. Tədqiqatda iştirak edənlərə neytral təsvirli şəkillərə baxmaq təklif edilib. Şəkillərin arasında yemək təsvirli şəkillər də olub. Tədqiqatın nəticələrinə görə, yemək təsvir olunan şəkillərə tez reaksiya verən insanların daha çox qidalanmaya ehtiyacları var.

Sonrakı analizlər və müayinələr alimlərin nəzəriyyəsini təsdiqləyib. Əksər hallarda yeməyə tez reaksiya verməyin dofamin hormonunun yüksək fəallığı ilə əlaqədar olduğu müəyyən edilib. Alimlər hesab edirlər ki, çox yemək bəzi insanlarda anadangəlmədir. Belə qrup insanlar öz qida rasionuna daha diqqətlə yanaşmalı və sağlam qidaya üstünlük verməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə