"Bəzi insanların qulağında olan təbii ifrazatı pambıqlı çubuqlarla (qulaq çöpü) təmizləməsi yanlışdır. Məkandan asılı olmayaraq hər yerdə bu çöplərə rast gəlinir. Kənardan insanı cəlb edə bilər və ondan istifadə etmək zamanla vərdiş halına gəlir. Duş qəbul etdikdən sonra insanlarda qulaqlarını təmizləmə ehtiyacı yaranır, ancaq bu olduqca səhv addımdır". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Kocaəli Universitetinin Tibb fakültəsinin Qulaq-burun- boğaz həkimi Ahmet Almaç deyib.
Onun sözlərinə görə, qulaq çöpləri qətiyyən qulağa salınmamalıdır: "Qulaq duş qəbul etdikdən sonra həftədə bir təmizlənsə kifayət edər. Bunun üçün kağız dəsmal və ya tualet kağızını barmağınızın ucuna dolayıb, onunla barmağınızın çatdığı qədər qulaq yolunu təmizləmək bəs edir. Təbii ifrazat onsuz da hər kəsin qulağında var. Bu, xəstəlik deyil və tibb onu çirk olaraq da qəbul etmir. Sarı-qəhvəyi bir görünüşü var və hər kəs bunu çirk kimi qəbul edir. Halbuki belə deyil və mütləq həmin ifrazatın qulaqda olması lazımdır. Əgər həmin ifrazat olmasa, o zaman xarici qulaq yolu xəstələnər. Qulaq yolu fizioloji olaraq bu yağla yağlanmış olacaq".
Həkim qulağın hər gün çubuqlarla təmizlənməsi zamanı qulaq yolunun narahat olduğunu, bu səbəblə qulaq yolunda iltihab, qaşınma, qızartı və ağrı kimi xəstəliklərin ortaya çıxdığını deyib: "Onsuz da qulaq yolu yağlı ifrazatı çölə doğru itələyir. Siz də çölə yaxınlaşmış olanı dəsmalın köməyi ilə təmizləyə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB