Dəri xərçəngini yaradan səbəblər açıqlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, türkiyəli dəri mütəxəssisi, həkim Şenol Oxucu dəri xərçəngini yaradan səbəbləri açıqlayaraq bildirib ki, xüsusilə yay aylarında uzun müddət günəş şüaları qəbul etmək dəri xərçəngini yaradan əsas səbəblərdən biri sayılır.
"Günəş şüaları bədənimiz üçün faydalı olmaqla yanaşı ziyan da verə bilir. Belə ki, bədənimizin uzun müddət günəş şüaları altında qalması dəri xərçənginə gətirib çıxara bilər" - deyə, həkim qeyd edib.
Şenol Oxucu onu da qeyd edib ki, insanları ultrabənövşəyi şüaların təsirindən qoruyan dəriləri və saçlarıdır: "Dəri xərçəngi bədənin günəşə daha çox məruz qalan bölgələrində sıx görünür.
Dəri xərçənginin yaradan amillərə parafin yağı, emal olunmuş və ya az emal olunmuş mədən yağları, immunitet çatışmazlığı, tütün və digər genetik faktorlar daxildir".
Mütəxəssis uzun müddət günəş altında qaldıqdan sonra çölə çıxmamağı məsləhət görür. Onun sözlərinə görə, günəş şüası qəbul etdikdən sonra bədəndə istiliyin həddi yüksək olduğundan çölə çıxarkən açıq rəngli və ya toxunmalı paltarlar geyinməli, eynəklərdən, qoruyucu kremlərdən istifadə edilməlidir. Günəş vannasından sonra dəridə qaşınma, qanama, rəng nizamsızlığı və digər problemlər yaranarsa, o zaman həmin insanlar mütləq həkimə müraciət etməlidirlər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB