ABŞ-ın Kolumbiya və Şimali Karolina universitetlərinin alimləri müəyyən ediblər ki, yuxu ilə bağlı problemləri olan yeniyetmələrdə artıq 21 yaşından sonra piylənmə riski artır. Yuxusuzluq xüsusən təhlükəlidir. Mütəxəssislər 16-21 yaşlarında 10 min amerikalı yeniyetmə üzərində tədqiqat aparıblar. Məlum olub ki, normal yuxu piylənmə riskini azaldır. Gündə 8 saat yatmaqla özünüzü və övladınızı artıq çəkidən qoruya bilərsiniz. Yuxu vaxtının 6 saatadək azalması artıq 21 yaşından piylənmə təhlükəsi yaradır. Alimlər güman edirlər ki, yeniyetmələr yuxusuzluğun əvəzini doyumlu yeməklərlə çıxmağa çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB