Konkordiya Universitetinin (Monreal, Kanada) tədqiqatçıları körpələrin canlı obyektləri cansız obyektlərdən ayıra bilmək bacarığı haqqında nəzəriyyənin təsdiqini tapıblar. "Medical News Today" nəşri xəbər verir ki, mütəxəssislər yaşı 10-20 ay arası olan 350 uşaq üzərində tədqiqat aparıblar. Alimlər uşağın hansı yaş dövründə canlı və cansız obyektlərin fərqini anlamasını müəyyən etməyə çalışırdılar.
Uşaq körpə yaşında öz fikrini və hisslərini sözlə ifadə edə bilmir. Buna görə də mütəxəssislər uşaqların öz diqqətlərini müəyyən obyekt üzərində saxlaya bildikləri vaxtı qeyd edərək bu nəticəyə gəliblər ki, uşaq yeni əşyalar üzərində daha çox diqqət saxlayır. Məsələn, divara çırpılan avtobus haqqında epizodla müqayisədə kompyuter qrafikası, divarın üstündən tullanan stolu göstərən "filmlər" körpələrin diqqətini daha uzun müddət cəlb edir. Məsələ ondadır ki, hərəkətdə olan obyektlər uşaq üçün daha adidir.
Alimlər bu nəticəyə gəliblər ki, canlı obyektlərin körpələr üçün adi hərəkətlər etməsi uşağın ətraf mühiti daha tez dərk etməsinə və daha çox informasiya mənimsəməsinə kömək edir. Qeyd edək ki, bu cür bacarıq körpələrdə on aylığında əmələ gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB