Səudiyyə Ərəbistanından olan şəxsin görünməmiş vəhşiliyi eşidənləri şoka salıb. Belə ki, Naser əl-Şayeq adlı birisi 10 və 11 yaşlarında olan oğlanlarını canlı bomba olmaları üçün İŞİD-ə təslim edib.
Məlum olub ki, Səudiyyə Ərəbistanından olan bu şəxs həyat yoldaşına "uşaqlarla tətilə çıxıram" deyərək, övladlarını Türkiyəyə gətirib və "şəhid olmaları üçün" İŞİD terrorçularına təslim edib. Avropa mətbuatında yayılamn məlumatda bildirilir ki, ananın bu barədə həyat yoldaşının İnstaqram hesabından paylaşdığı şəkildən sonra xəbəri olub.
Fotonun altında "Uşaqlarım Allah yolunda şəhid olmaq üçün yola çıxdı" mesajını qoyan şəxsin məqsədinin övladlarını canlı bomba kimi hücumlarda istifadə etmək olduğu bildirilir.
Artıq Səudiyyə hökuməti bununla əlaqədar hərəkətə keçib və Türkiyə hökumətindən uşaqların tapılması üçün yardım istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB