"Twitter" mütəxəssisləri mikrobloqlar xidmətində hesabların sayını araşdırıblar. SİA-nın xəbərinə görə, şirkət investorlar üçün öz maliyyə perspektivlərini əhatəli təqdim edə bilməsi üçün auditoriyasının "keyfiyyət"ini qiymətləndirib. Belə ki, saxta "mikrobloqer"lərin payı bütün istifadəçilərin təxminən 8.5 faizini və ya 23 milyon hesab təşkil edir.
Qeyd edək ki, "Twitter"in auditoriyası 271 milyon aktiv istifadəçidən ibarətdir. Mütəxəssislər müəyyən ediblər ki, bütün botlar spamın göndərilməsi ilə məşğul olmur. Bir çox robot hesablar avtomatik olaraq hava proqnozunu və ya ən məşhur xəbərləri post edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB