Belçikalı alimlər Yunanıstan, Bolqarıstan, Polşa və Rumıniya kimi Avropa ölkələrində yaxın perspektivdə iş yerlərinin bölüşdürülməsi məsələlərinə dair tədqiqata həsr olunmuş məqalə dərc etdirmişlər. Tədqiqatçılar müəyyənləşdirmişlər ki, iyirmi ildən sonra işçi qüvvələri yenidən bölüşdürüləcəkdir. Menecer, hüquqşünas, kredit analitiki kimi vəzifələri tamamilə robotlar əvəz etdiyinə görə bu vəzifələr qeyri-aktual olacaqdır.
"İnforming" saytının yazdığına görə, alimlər qeyd edirlər ki, əvəzlənmək qorxusu olmayanlar tibb və sosial sahələrin işçiləridir.
Tədqiqatın müəlliflərindən biri Ceyms Boulz qeyd edir ki, iş yerlərini saxlamaq üçün insanlara yeni peşələri fəal mənimsəmək, səriştələrini artırmaq lazımdır.
Xatırladaq ki, kosmik fəzanın öyrənilməsi kimi təhlükəli və çətin işdə də insanları tezliklə maşınlar əvəz edəcəkdir. Uzaq planetlərdə isə insan populyasiyasının 3D-printerdə çap olunmuş nümunələri məskunlaşacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB