İngilis uşaqları “mama”, “papa” demir

Müasir texnologiya adət halını almış bəzi şeyləri dəyişdirir
İngilis uşaqları “mama”, “papa” demir

Britaniyada aparılan araşdırmaya görə, hər 8 uşaqdan birinin ilk sözü, alışdığımız kimi, "ana" və ya "ata" deyil, "planşet"dir. Birləşmiş Krallıqda 10 valideyndən 7-si uşaqlarına gün ərzində 3-4 saat planşetdən istifadəyə icazə verir.

İş orasındadır ki, burada söhbət təkcə məktəblilərdən deyil, 2 yaşına qədər uşaqlardan gedir. Araşdırmalar göstərir ki, valideynlər uşaqları, xüsusi ilə 5 yaşınadək qız övladları üçün hər il orta hesabla milyon funt sterlinq xərcləyirlər.

Müasir dövrdə tipik britaniyalı uşaq 4 oyun kompüterindən istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə