Cara Delevingne İngilis gözəllik sənayesinə səkkiz milyon avro qazandırdı
Bu qaşlar 8 milyon avro

İngilis model Cara Delevingne (21) qaşları vasitəsilə İngilis gözəllik sənayesinə səkkiz milyon avro qazandırdı. İngilis qadınları qaşları gürləşdirən ya da qalın görünmələrini təmin edən kosmetik məhsullarına son beş ayda səkkiz milyon avro xərclədi.

Delevigne sayəsində məşhur hala gələn qalın qaşa az qala modelin bütün nümayişlərində rast gəlmək mümkündür.

Dünya səviyyəsində Google-da ən çox axtarılan model olan Delevingne-in imzası halına gələn qalın qaş gözəllik normalarını da dəyişdirdi. İngiltərədə qaşları gürləşdirən məhsulların satışında keçən ilə görə yüzdə 53 nisbətində artım oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə